Məxfilik və Mətn fayllarından (Cookie) İstifadə Siyasəti 

“WalkWin”in Məxfilik Siyasəti

Şəxsi Datalarınız, onların hansı məqsədlər və hansı tərəflərlə paylaşıldığı haqqında məlumat əldə etmək üçün Təsisçi ilə əlaqə saxlayın.

 

Təsisçi və Məlumatın İdarəçisi 

“StepUp”MMC-dir

Ünvan: AZ1126, Azərbaycan, Bakı, Əhmədli qəs, Sadıqcan küç. 93. 

E-poçt ünvanı: [email protected].

 

Toplanmış Dataların növləri

Təsisçi toplanmış Şəxsi Data növlərinin siyahısını təqdim etmir.

Toplanmış Şəxsi Dataların hər bir növü haqqında tam məlumat bu məxfilik siyasətinin xüsusi bölmələrində və ya Dataların toplanmasından əvvəl göstərilən xüsusi izahlı mətnlərdə təqdim olunur. 

Şəxsi Datalar İstifadəçi tərəfindən sərbəst şəkildə təqdim edilə bilər və ya bu Tətbiqdən istifadə edərkən İstifadə məlumatları şəklində avtomatik olaraq toplana bilər.

Əgər başqa hallar nəzərdə tutulmayıbsa, bu Tətbiq tərəfindən tələb olunan bütün Datalar məcburidir və bu Dataların təqdim edilməməsi bu Tətbiqin öz xidmətlərini göstərməsini qeyri-mümkün edə bilər. 

Tətbiqdən istifadə üçün bəzi Dataların məcburi olmadığı birbaşa bildirdiyi hallarda, İstifadəçilər həmin Dataları ötürməkdə sərbəstdirlər.

Hansı Şəxsi Dataların məcburi olub-olmadığına əmin olmaq istəyən. İstifadəçilər Təsisçi ilə əlaqə saxlaya bilərlər. 

 

Bu Tətbiq və ya bu Tətbiqdə istifadə olunan üçüncü tərəfin xidmətləri tərəfindən Cookie və ya digər izləmə alətlərinin hər hansı istifadəsi Cookie Siyasəti sənədində təsvir olunan hər hansı digər məqsədlərə əlavə olaraq İstifadəçinin tələb etdiyi Xidmətin təmin edilməsi məqsədini daşıyır. İstifadəçilər bu Tətbiq vasitəsilə əldə edilən, dərc edilən və ya paylaşılan hər hansı üçüncü tərəfin Şəxsi Datalarına görə məsuliyyət daşıyırlar.

Datanın işlənməsi rejimi və yeri

 

Emal üsulları

Təsisçi Dataya icazəsiz girişin, ifşa olunmasının, dəyişdirilməsinin və ya icazəsiz məhv edilməsinin qarşısını almaq üçün müvafiq təhlükəsizlik tədbirləri görür.

Dataların emalı göstərilən məqsədlərlə ciddi şəkildə əlaqəli olan təşkilati prosedurlara və rejimlərə riayət etməklə kompüterlər və ya effektiv İT alətlərdən istifadə etməklə həyata keçirilir. Təsisçidən əlavə, bəzi hallarda Datalar bu Tətbiqdə əməliyyatlar üzrə məsul şəxslər (idarəetmə, satış, marketinq, hüquq, sistem administrasiyası) və ya kənar tərəflər (məsələn, üçüncü şəxslər - texniki xidmət təminatçıları, poçt ötürücüləri, hostinq provayderləri, İT şirkətləri, rabitə agentlikləri) zəruri hallarda, Təsisçinin Data Prosessorları üçün əlçatan ola bilər. Tərəflərin yenilənmiş siyahısı istənilən vaxt Təsisçidən tələb oluna bilər.

 

Məkan

Datalar Təsisçinin əməliyyat ofislərində və emalda iştirak edən digər tərəflərin yerləşdiyi məkanlarda işlənir.

İstifadəçinin yerləşdiyi yerdən asılı olaraq, dataların ötürülməsi İstifadəçinin Datasının öz ölkəsindən başqa ölkəyə ötürülməsini əhatə edə bilər. Bu cür ötürülən Dataların harada emal olunduğu haqqında daha çox məlumat tapmaq üçün İstifadəçilər Şəxsi Dataların emalı ilə bağlı təfərrüatları əks etdirən bölməni yoxlaya bilərlər.

 

Saxlama müddəti

Bu sənəddə başqa hallar nəzərdə tutulmayıbsa, Şəxsi Data toplanma məqsədi tələb edən müddətə qədər emal edilməli və qüvvədə olan hüquqi öhdəliyə görə və ya İstifadəçilərin razılığı əsasında daha uzun müddət saxlanıla bilər.

 

Cookie Siyasəti

Bu Tətbiq izləyicilərdən istifadə edir. Daha ətraflı məlumat üçün Cookie Qaydasına müraciət edə bilərsiniz.

 

İstifadəçi üçün əlavə məlumat

Saxlama müddəti haqqında əlavə məlumat

Bu sənəddə başqa hal nəzərdə tutulmayıbsa, Şəxsi Data toplandığı məqsədin tələb etdiyi müddətədək işlənəcək və saxlanılacaq və müvafiq hüquqi öhdəlik və ya İstifadəçinin razılığı əsasında daha uzun müddət saxlanıla bilər.

 

Beləliklə:

  • Təsisçi və İstifadəçi arasında bağlanmış müqavilənin icrası məqsədilə toplanmış Şəxsi Data bu müqavilə tam yerinə yetirilənə qədər saxlanılır.

  • Təsisçinin qanuni məqsədləri üçün toplanmış Şəxsi Data bu məqsədlərin həyata keçirilməsi üçün lazım olduğu müddətcə saxlanılır. İstifadəçi Təsisçinin qanuni maraqları haqqında 

konkret məlumatları bu sənədin müvafiq bölmələrində tapa və ya Təsisçi ilə əlaqə saxlayaraq əldə edə bilərlər.

Şəxsi Datasının daha uzun müddət emal edilməsinə İstifadəçi razılıq verdikdə, bu razılıq geri götürülmədikdə, Təsisçiyə saxlamağa icazə verilə bilər. Bundan əlavə, Təsisçi qanuni öhdəliyin yerinə yetirilməsi tələb olunduqda və ya səlahiyyətli orqanın əmri ilə Şəxsi Datanı daha uzun müddət saxlamağa borclu ola bilər.

Yalnız saxlanma müddəti bitdikdən sonra Şəxsi Data silinəcəkdir. Buna görə də giriş hüququ, silmə hüququ, düzəliş hüququ və məlumatların daşınması hüququ saxlama müddəti bitdikdən sonra tətbiq edilə bilməz.

Dataların Ümumi Qorunması Qaydasına (GDPR) əsaslanan İstifadəçilərin hüquqları

İstifadəçilər, onların Təsisçi tərəfindən emal edilən Dataları ilə bağlı müəyyən hüquqlardan istifadə edə bilərlər.

Xüsusilə, İstifadəçilər qanunla icazə verilən çərçivədə aşağıdakı hüquqlara malikdirlər:

  • İstənilən vaxt razılığını geri götürmək. İstifadəçilər əvvəllər Şəxsi Datalarının emalına razılıq verdikləri halda, bu razılığı geri götürmək hüququna malikdirlər.

  • Datalarının emalına etiraz etmək. İstifadəçilər öz Datalarının emalının razılaşmadan kənar qanuni əsaslarla həyata keçirildiyində emala etiraz etmək hüququna malikdirlər. 

  • Dataya giriş. İstifadəçilərin, Təsisçi tərəfindən Datanın emal olunduğunu öyrənmək, emalın müəyyən aspektlərinə dair açıqlama almaq və emal olunan Datanın surətini əldə etmək hüququ var.

  • Yoxlamaq və düzəliş etmək. İstifadəçilər öz Datalarının düzgünlüyünü yoxlamaq və onun yenilənməsini və ya düzəldilməsini xahiş etmək hüququna malikdirlər.

  • Öz Datalarının emalını məhdudlaşdırmaq. İstifadəçilər öz Datalarının işlənməsini məhdudlaşdırmaq hüququna malikdirlər. Bu halda,Təsisçi Datanızı saxlamaqdan başqa heç bir məqsəd üçün emal etməyəcək.

  • ​Şəxsi məlumatları sildirmək və ya çıxartdırmaq. İstifadəçi öz Datasının silinməsini Təsisçidən tələb etmək hüququna malikdir.

  • Datanı qəbul etmək və başqa idarəçiyə ötürmək. İstifadəçilər öz Datasını strukturlaşdırılmış, istifadəyə yararlı və avtomatik oxunan formatda almaq və texniki cəhətdən mümkün olarsa, onu heç bir maneə olmadan başqa idarəçiyə ötürmək hüququna malikdirlər.

  • Şikayət etmək. İstifadəçilərin məlumatların mühafizəsi üzrə səlahiyyətli orqanın qarşısında iddia qaldırmaq hüququ vardır.

İstifadəçilər xaricə Datanın ötürülməsinin hüquqi əsasları ilə bağlı BMT kimi iki və ya daha çox ölkə tərəfindən yaradılmış istənilən beynəlxalq təşkilatdan beynəlxalq ictimai hüququn baza prinsiplərini öyrənə və ya Datanın qoruması üçün Təsisçi tərəfindən görülən təhlükəsizlik tədbirləri haqqında məlumat almaq hüququna malikdir. 

 

Emala etiraz etmək hüququ haqqında təfərrüatlar

Şəxsi Datanın ictimai maraq, Təsisçinin rəsmi səlahiyyətini həyata keçirilməsi və ya Təsisçinin qanuni məqsədləri üçün işləndiyi hallarda, İstifadəçilər etirazını əsaslandırmaq üçün xüsusi hallarla bağlı əsas təqdim etməklə bu cür emallara etiraz edə bilərlər.

İstifadəçilər bilməlidir ki, bununla yanaşı, Şəxşi Dataları birbaşa marketinq məqsədləri üçün işlənərsə, onlar istənilən vaxt pulsuz və heç bir əsas göstərmədən həmin emallara etiraz edə bilərlər. İstifadəçi birbaşa marketinq məqsədləri üçün emala etiraz etdikdə, Şəxsi Data artıq bu məqsədlər üçün işlənməyəcək. Təsisçinin Şəxsi Dataları birbaşa marketinq məqsədləri üçün emal edib-etmədiyini öyrənmək üçün İstifadəçilər bu sənədin müvafiq bölmələrinə müraciət edə bilərlər.

 

Hüquqlar necə təmin olunur

İstifadəçi hüquqlarını həyata keçirmək üçün istənilən sorğunu bu sənəddə göstərilən əlaqə məlumatları vasitəsilə Təsisçiyə göndərə bilər. Bu cür sorğular pulsuzdur və İstifadəçiləri qanunla tələb olunan məlumatlarla təmin etməklə, Təsisçi tərəfindən mümkün qədər tez və bir ay ərzində cavablandırılacaq. Şəxsi Datada hər hansı düzəliş və ya silinməsi və ya emalın məhdudlaşdırılması haqqında Təsisçi tərəfindən, əgər varsa, Şəxsi Datanın açıqlandığı hər bir alıcıya, əgər bu mümkünsüz deyilsə və ya qeyri-mütənasib səy tələb etmirsə, məlumat veriləcəkdir. 

İstifadəçinin tələbi ilə Təsisçi onlara həmin alıcılar haqqında məlumat verəcəkdir.

 

Data toplanması və emalı haqqında əlavə məlumat

 

Məhkəmə iddiası

İstifadəçinin Şəxsi Datası, Təsisçi tərəfindən hüquqi məqsədlər üçün Məhkəmədə və ya bu Tətbiqdən və ya əlaqəli Xidmətlərdən qanunsuz istifadə nəticəsində mümkün hüquqi araşdırmalara səbəb olan mərhələlərdə istifadə edilə bilər. İstifadəçi, dövlət orqanlarının tələbi ilə Təsisçinin şəxsi məlumatları açıqlamalı olduğunu bildiyini bəyan etməlidir.

 

İstifadəçinin Şəxsi Datası haqqında əlavə məlumat

Bu məxfilik siyasətində olan məlumata əlavə olaraq, İstifadəçinin sorğusu üzrə bu Tətbiq konkret Xidmətlər və ya Şəxsi Datanın toplanması və emalına dair əlavə və məzmun xarakterli məlumat təqdim edə bilər.

 

Sistem qeydləri və texniki xidmət

İstismar və texniki xidmət məqsədləri üçün bu Tətbiq və hər hansı üçüncü tərəf xidmətləri bu Tətbiqlə qarşılıqlı əlaqəni qeyd edən faylları (Sistem qeydləri- System logs) toplaya və ya bu məqsədlə digər Şəxsi Datalardan (məsələn, IP ünvanı) istifadə edə bilər.

 

Bu qaydalara daxil olmayan məlumatlar

Şəxsi Datanın toplanması və ya emalı ilə bağlı ətraflı məlumat istənilən vaxt Təsisçidən tələb oluna bilər. Zəhmət olmasa, bu sənədin əvvəlindəki əlaqə vasitələrinə baxın.

 

Məxfilik qaydalarında dəyişikliklər

Təsisçi bu məxfilik siyasətində istənilən vaxt dəyişikliklər etmək hüququnu özündə saxlayır və bunu öz İstifadəçilərini bu səhifədə, mümkünsə, bu tətbiqdə və ya texniki, hüquqi imkanlar daxilində Təsisçiyə əlçatan olan istənilən əlaqə vasitəsindən istifadə etməklə İstifadəçiyə bildiriş göndərməklə həyata keçirir. 

Aşağıda göstərilən son dəyişiklik tarixinə istinad edərək bu səhifəni müntəzəm yoxlamaq ciddi tövsiyə olunur.

 

Dəyişikliklər İstifadəçinin razılığı əsasında həyata keçirilən emal fəaliyyətlərinə təsir edərsə, Təsisçi tələb olunduğu halda İstifadəçidən yeni razılıq almalıdır.

Son yeniləmə: 16 fevral, 2024-cü il

 

Anlayışlar və hüquqi istinadlar

Şəxsi Data (və ya Data)

 

Birbaşa, dolayı və ya digər məlumatlarla əlaqəli olan hər hansı məlumat — şəxsi identifikasiya nömrəsi daxil olmaqla — eyniləşdirməyə imkan verən

və ya fiziki şəxsin identifikasiyası.

İstifadə Məlumatları

Bu Tətbiq (və ya bu Tətbiqdə istifadə olunan üçüncü tərəf xidmətləri) vasitəsilə avtomatik olaraq toplanan məlumatlardır, bunlara aşağıdakılar daxil ola bilər: bu Tətbiqdən istifadə edən İstifadəçilər tərəfindən istifadə edilən kompüterlərin IP ünvanları və ya domen adları, URI ünvanları (Vahid Resurs İdentifikatoru), sorğunun vaxtı, sorğunun serverə təqdim edilməsi üçün istifadə olunan üsul, cavab olaraq alınan faylın ölçüsü, serverin cavabının statusunu göstərən rəqəmsal kod (uğurlu nəticə, xəta və s.), mənşə ölkəsi, İstifadəçinin istifadə etdiyi brauzerin və əməliyyat sisteminin xüsusiyyətləri, hər ziyarət üçün müxtəlif vaxt təfərrüatları (məsələn, Tətbiq daxilində hər səhifədə sərf olunan vaxt) və Tətbiq daxilində ardıcıllığa xüsusi istinadla ziyarət edilən səhifələrin izlənmə tarixçəsi haqqında təfərrüatlar, eləcə də cihazın əməliyyat sistemi və yaxud İstifadəçinin İT imkanları ilə bağlı digər parametrlər.

 

İstifadəçi

Bu Tətbiqdən istifadə edən, başqa hallar nəzərdə tutulmayıbsa, Data subyekti ilə eyni olan şəxs.

 

Data subyekti

Şəxsi məlumatların aid olduğu fiziki şəxs.

 

Data Prosessoru (və ya Prosessor)

Bu məxfilik siyasətində təsvir olunduğu kimi, İdarəçinin adından Şəxsi Dataları emal edən fiziki və ya hüquqi şəxs, dövlət orqanı, agentlik və s.

 

Data İdarəçi (və ya Təsisçi)

Şəxsi Dataların emalının məqsəd və vasitələrini, o cümlədən bu Tətbiqin işləməsi və istifadəsi ilə bağlı təhlükəsizlik tədbirlərini təkbaşına və ya başqaları ilə birlikdə müəyyən edən fiziki və ya hüquqi şəxs, dövlət orqanı, agentlik və ya digər orqan nəzərdə tutulur. Data İdarəçisi, başqa cür göstərilməyibsə, bu Tətbiqin Sahibidir.

 

Tətbiq

İstifadəçinin Şəxsi Datasının toplanması və işlənməsi vasitələri.

 

Xidmət

Nisbi şərtlərdə (əgər varsa) və bu saytda/tətbiqdə təsvir edildiyi kimi, bu Tətbiq tərəfindən təmin edilən xidmət.

 

Avropa Birliyi (və ya AB)

Başqa hallar göstərilmədiyi təqdirdə, bu sənəddə Avropa Birliyinə edilən bütün istinadlar Avropa İttifaqına və Avropa İqtisadi Birliyinə bütün hazırki üzv dövlətləri əhatə edir.

 

Hüquqi məlumat

Bu məxfilik qaydaları, əgər bu sənəddə başqa cür qeyd olunmayıbsa, yalnız bu Tətbiqə aiddir.

 

WalkWin-in Qaydaları və Şərtləri

 

Tənzimləmə Şərtləri

• bu Tətbiqin istifadəsi və

• Təsisçi ilə istənilən hüquqi münasibətlər və ya digər əlaqəli Müqavilələr hüquqi cəhətdən məcburidir. Böyük hərflə yazılmış sözlər bu sənədin müvafiq xüsusi bölməsində müəyyən edilmişdir.

 

İstifadəçi bu sənədi diqqətlə oxumalıdır.

Bu Tətbiqin təsisçisi:

StepUp MMC - AZ1126, Azərbaycan, Bakı, Əhmədli qəs, Sadıqcan küç 93.

Təsisçinin poçt ünvanı: [email protected]

"Bu Tətbiq" istinad edir

• bu vebsayt, o cümlədən onun subdomenləri və Təsisçinin Xidmətini əlçatan edən hər hansı digər vebsayt;

Aşağıdakı sənədlər bu Şərtlərə istinadla daxil edilmişdir:

İstifadəçi ilk baxışdan nəyi bilməlidir

 

  • Nəzərə alın ki, bu Şərtlərin bəzi müddəaları yalnız müəyyən kateqoriyalı İstifadəçilərə şamil oluna bilər. Xüsusilə, müəyyən müddəalar yalnız İstehlakçılara və ya İstehlakçı kimi təsnif olunmayan İstifadəçilərə şamil oluna bilər. Bu cür məhdudiyyətlər daima əlaqəli hər bir bənddə açıq şəkildə qeyd olunur. Belə bir istinad olmadıqda, müddəalar bütün İstifadəçilərə şamil edilir.

  • Bu Tətbiq və Xidmətdən istifadədə yaş məhdudiyyəti vardır və ətraflı sənədin müvafiq bölməsində göstərilir.

 

İSTİFADƏ QAYDALARI

Başqa hallar nəzərdə tutulmayıbsa, bu bölmədə ətraflı göstərilən istifadə şərtləri ümumilikdə bu Tətbiqə şamil edilir.  

Giriş və ya istifadə üçün ayrıca və ya əlavə şərtlər konkret ssenarilərdə və hallarda istifadə oluna bilər və belə hallarda sənəddə göstərilir. 

Bu Tətbiqdən istifadə etməklə İstifadəçilər aşağıdakı tələblərə uyğunluğu təsdiqləyirlər:

  • İstifadəçilər üçün İstehlakçı və ya Biznes İstifadəçi olmaq məhdudiyyəti yoxdur.

 

Hesabın qeydiyyatı

Xidmətdən istifadə etmək üçün İstifadəçilər qeydiyyatdan keçməli və ya İstifadəçi hesabı yaratmalı, tələb olunan bütün məlumatları və ya informasiyaları tam və doğru şəkildə təqdim etməlidirlər.

Bunu etmədikdə Xidmət əlçatan olmayacaq. İstifadəçilər öz qeydiyyat məlumatlarının məxfiliyinə və təhlükəsizliyinə cavabdehdirlər. Bu səbəbdən, İstifadəçilərdən bu Tətbiqin imkan verdiyi ən yüksək təhlükəsizlik standartlarına cavab verən şifrələri seçmək tələb olunur. Qeydiyyatdan keçməklə İstifadəçilər öz istifadəçi adı və şifrəsi altında baş verən bütün hərəkətlərə görə tam məsuliyyət daşımağa razılaşırlar.

İstifadəçilər şəxsi məlumatlarının, həmçinin İstifadəçi hesabı, hesaba giriş məlumatlarına və ya şəxsi məlumatlarına müdaxilə olunduğunu, ifşa edildiyini və ya oğurlandığını düşünərsə, dərhal və aydın şəkildə bu sənəddə göstərilən əlaqə məlumatlarından istifadə edərək Təsisçini məlumatlandırmağa borcludurlar. 

 

Hesabın ləğvi

İstifadəçilər aşağıdakı vasitələrlə istənilən vaxt hesablarını ləğv edə və Xidmətdən istifadəni dayandıra bilərlər:

 

Bu sənəddə göstərilən əlaqə vasitələrilə Təsisçi ilə birbaşa əlaqə saxlamaqla.

Hesabın dayandırılması və ləğvi

Təsisçi aşağıdakı hallarda İstifadəçinin hesabını istənilən vaxt və xəbərdarlıq etmədən, öz mülahizəsinə əsasən dayandırmaq və ya ləğv etmək hüququnu özündə saxlayır:

  • İstifadəçi bu Şərtləri pozduqda və ya

  • İstifadəçinin bu Tətbiqə girişi və ya istifadəsi Təsisçiyə, digər İstifadəçilərə və ya üçüncü tərəflərə zərər vurduqda və ya

  • İstifadəçinin bu Tətbiqdən istifadəsi qanun və ya qaydaların pozulmasına səbəb ola bildikdə və ya

  • Məhkəmə və ya hökumətin iştirakı ilə araşdırma aparıldıqda və ya

  • Təsisçinin mülahizəsinə əsasən, hesab və ya onun istifadəsi, uyğunsuz, təhqiredicidirsə və ya Şərtləri pozursa.

İstifadəçi hesablarının dayandırılması və ya ləğvi İstifadəçilərə kompensasiya, zərər ilə bağlı heç bir iddia irəli sürmək hüququ vermir.

İstifadəçiyə aid səbəblərə görə hesabın dayandırılması və ya silinməsi İstifadəçini hər hansı müvafiq rüsum və ya ödəmələrdən azad etmir.

 

Tətbiqin məzmunu 

Başqa hallar nəzərdə tutulmayıbsa, bu Tətbiqdə mövcud olan bütün məzmun Təsisçiyə və ya ona lisenziya verənə məxsusdur. 

Təsisçi bu Tətbiqdə təqdim olunan məzmunun üçüncü şəxslərin qanuni mənafe və ya hüquqlarını pozmamasını təmin etmək üçün bütün səylərini səfərbər edir. Ancaq bəzən bu nəticəni əldə etmək mümkün olmur.

Belə hallarda heç bir hüquqi preroqativlərə xələl gətirmədən İstifadəçilərdən hüquqlarını qorumaq üçün bu sənəddə göstərilən əlaqə məlumatlarından istifadə etməklə şikayətlərini bildirmələri xahiş olunur. 

Tətbiqin məzmununa dair hüquqlar - Bütün hüquqlar qorunur.

Təsisçi istənilən belə məzmun üçün bütün əqli mülkiyyət hüquqlarını qoruyur və özündə saxlayır.

Buna görə də, istifadəçilər bu cür məzmunu zəruri olmadan və ya Xidmətdən gizli şəkildə istifadə edə bilməzlər.

Xüsusilə, məhdudiyyətlərin olmadığı hallarda, İstifadəçilər kopyalaya, endirə, paylaşa (aşağıda göstərilən məhdudiyyətlərdən kənar), dəyişdirə, tərcümə edə, çevirə, dərc edə, ötürə, sata, sublisenziya verə, redaktə edə, köçürə, üçüncü şəxslərə həvalə edə bilməzlər və ya bu Tətbiqdə mövcud olan məzmundan törəmə məzmun yaratmaq, hətta İstifadəçinin xəbəri olmadan belə hər hansı üçüncü tərəfə İstifadəçi və ya onların cihazı vasitəsilə bunu etməyə icazə verməməlidir.

Əgər bu açıq şəkildə Tətbiqdə göstərilibsə, İstifadəçi yükləyə və ya bu Tətbiq vasitəsilə imkan verilən bəzi məzmunları paylaşa bilər, özünün şəxsi və qeyri-kommersiya məqsədləri üçün istifadə edə bilər, ancaq o şərtlə ki, müəllif atributları və Təsisçi tərəfindən tələb olunan bütün digər atributlar düzgün şəkildə göstərilsin. Müəllif hüququna aid hər hansı qanuni məhdudiyyətlər və ya istisnalar dəyişməz qalır.

 

Kənar resurslara çıxış

Bu Tətbiq vasitəsilə İstifadəçilər üçüncü tərəflərin təmin etdiyi xarici resurslara çıxış əldə edə bilərlər. İstifadəçilər Təsisçinin bu cür resurslara nəzarət etmədiyini və buna görə də onların məzmunu və mövcudluğuna görə məsuliyyət daşımadığını etiraf edir və bunu qəbul edirlər.

Üçüncü tərəflərin təqdim etdiyi istənilən resurslar üzrə Şərtlər, həmçinin məzmun üzrə hər hansı mümkün hüquqların verilməsi belə, üçüncü tərəfin şərtlərindən qaynaqlanır və onlar olmadıqda, qüvvədə olan qanundan irəli gəlir.

Məqbul istifadə

Bu Tətbiq və Xidmətdən yalnız bu Şərtlərə və qüvvədə olan qanunlara uyğun olaraq istifadə oluna bilər.

İstifadəçilər bu Tətbiqdən və ya Xidmətdən istifadəsinin hər hansı müvafiq qanunları, qaydaları və ya üçüncü şəxslərin hüquqlarını pozmadığından əmin olmalıdırlar və buna birbaşa məsuliyyət daşıyırlar.

Buna görə də, Təsisçi öz qanuni maraqlarını qorumaq üçün hər hansı müvafiq tədbirlər görmək,  o cümlədən İstifadəçilərin bu Tətbiq və ya Xidmətə girişini qadağan etmək, müqavilələrin ləğvi, bu Tətbiq və ya Xidmət vasitəsilə törədilmiş hər hansı qanunsuz hərəkətlər barədə məhkəmə və ya inzibati səlahiyyətli orqanlara məlumat vermək hüququnu özündə saxlayır. Buraya istifadəçilərin aşağıdakı fəaliyyətləri və ya buna şübhə yaradan hallar daxildir:

• qanunları, qaydaları və ya bu Şərtləri pozduqda;

• üçüncü şəxslərin hər hansı hüquqlarını pozduqda;

• Təsisçinin qanuni maraqlarını əhəmiyyətli dərəcədə pozduqda;

• Təsisçini və ya digər üçüncü tərəfi təhqir etdikdə. 

 

Məsuliyyət və təzminat

Əgər başqa hallar birbaşa göstərilməyibsə və ya İstifadəçi ilə razılaşdırılmayıbsa, Müqavilənin icrası ilə əlaqədar dəymiş ziyana görə Təsisçinin məsuliyyəti tətbiq edilən qanunvericiliklə istisna edilir, məhdudlaşdırılır və ya maksimum səviyyədə azaldılır.

 

Təzminat

İstifadəçi Təsisçi və onun törəmə müəssisələri, filialları, vəzifəli şəxsləri, direktorları, agentləri, həmtəsisçiləri, tərəfdaşları və işçilərini istənilən üçüncü tərəf tərəfindən bu Şərtlərin kobud pozulması ilə əlaqədar istənilən iddia və tələblərdən, vəkillik haqları və xərclər də daxil olmaqla, müdafiə etməyə, zərərsiz tutmağa razılaşır və ya İstifadəçi tərəfindən Xidmətdən istifadə ilə bağlı üçüncü tərəfin və ya onun filialları, məmurları, direktorları, agentləri, həmtəsisçiləri, tərəfdaşları və işçilərinin hüquqları və ya hüquqi vəziyyəti qüvvədə olan qanunla icazə verilən həddədir.

 

Məsuliyyət məhdudiyyəti

Başqa cür açıq şəkildə göstərilmədiyi və qüvvədə olan qanunlara xələl gətirmədiyi halda, İstifadəçilərin Mülkiyyətçiyə (və ya onun adından hərəkət edən hər hansı fiziki və ya hüquqi şəxsə) qarşı dəymiş ziyanı tələb etmək hüququ yoxdur.

Bu, Tətbiq İstifadəçi tərəfindən müvafiq və düzgün istifadə edildiyi müddətdə həyat, sağlamlıq və ya fiziki toxunulmazlığa dəyən zərərlərə, müqavilənin məqsədinə çatmaq üçün ciddi şəkildə zəruri olan hər hansı maddi müqavilə öhdəliklərinin pozulması nəticəsində yaranan zərərlərə və ya qəsdən və ya kobud ehtiyatsızlıq nəticəsində dəyən zərərlərə şamil edilmir. 

Zərərlər qəsdən və ya kobud ehtiyatsızlıqdan törədilməyibsə və ya həyat, sağlamlıq və ya fiziki toxunulmazlığa təsir etmirsə, Mülkiyyətçi yalnız müqavilənin bağlandığı anda tipik və gözlənilən zərərlər həcmində məsuliyyət daşıyır.

 

Avstraliya İstifadəçiləri

Məsuliyyət çərçivələri

Bu Şərtlərdə heç nə istisna etmir ki, İstifadəçinin 2010-cu il Rəqabət və İstehlakçı Qanununa (Cth) əsasən sahib ola biləcəyi və ya hər hansı oxşar Dövlət və Ərazi qanunvericiliyi ilə istisna oluna, məhdudlaşdırıla və ya dəyişdirilə bilməyən (istisna olunmayan hüquq) hüquqları vardır.

 

Qanunun icazə verdiyi maksimum həddə bizim İstifadəçi qarşısında məsuliyyətimiz, o cümlədən istisna olunmayan hüququn pozulmasına görə məsuliyyət və bu İstifadə Şərtləri ilə istisna edilməyən məsuliyyət, Təsisçinin mülahizəsinə uyğun olaraq xidmətlərin yerinə yetirilməsi və ya xidmətlərin yenidən təqdim edilməsinin dəyərinin ödənilməsi ilə məhdudlaşdırılır.

 

ABŞ İstifadəçiləri

Bu Tətbiq sərt şəkildə “olduğu kimi” və “mövcud olduğu kimi” təqdim edilir. Xidmətdən istifadə riski İstifadəçilərin öz üzərinə düşür. 

Təsisçi mövcud qanunun icazə verdiyi maksimum həddə - açıq, nəzərdə tutulmuş, qanuni, o cümlədən, bununla məhdudlaşmayaraq, ticarətə yararlılıq, müəyyən bir məqsədə uyğun bütün şərtləri, təqdimatları və ya üçüncü şəxslərin hüquqlarının pozulmaması ilə bağlı hər hansı zəmanətləri açıq şəkildə rədd edir. İstifadəçinin Təsisçidən və ya Xidmət vasitəsilə əldə etdiyi şifahi və ya yazılı heç bir məsləhət və ya məlumat burada açıq şəkildə göstərilməyən hər hansı bir zəmanət yaratmayacaq.

Yuxarıda göstərilənləri məhdudlaşdırmadan, Təsisçi, onun törəmə şirkətləri, filialları, lisenziyalaşdıran qurumlar, vəzifəli şəxsləri, direktorları, agentləri, həmtəsisçiləri, tərəfdaşları, təchizatçıları və işçiləri məzmunun dəqiq, etibarlı və ya düzgün olduğuna; Xidmətin İstifadəçilərin tələblərinə cavab verəcəyinə; Xidmətin istənilən vaxt və ya yerdə, fasiləsiz və ya təhlükəsiz mövcud olacağına; hər hansı bir qüsur və ya səhvin düzəldiləcəyinə; 

 

Xidmətdə viruslar və ya digər zərərli komponentlərə görə zəmanət vermir. 

Xidmətdən istifadə etməklə endirilmiş və ya başqa şəkildə əldə edilmiş hər hansı məzmun üzrə təhlükələr və risklər İstifadəçilərin öz üzərinə düşür və Xidmət, İstifadəçilərin kompüter sisteminə və ya mobil cihazına dəyən hər hansı zərərə və ya belə endirmə və ya İstifadəçilərin bu cür yükləmə nəticəsində yaranan məlumat itkisinə görə məsuliyyət daşımır.

 

Təsisçi üçüncü tərəfin Xidməti və ya hər hansı hiperlinkli veb-saytı və ya xidmət vasitəsilə reklam edilən və ya təklif olunan hər hansı məhsul və ya xidmət üçün zəmanət vermir, təsdiq etmir, öhdəlik göütürmür və ya məsuliyyət daşımır və Təsisçi İstifadəçilər və məhsul və ya xidmətlərin üçüncü tərəf təminatçıları arasında əməliyyatlarda hər hansı bir şəkildə tərəf olmamalı və ya heç bir şəkildə nəzarət etməməlidir.

Xidmət əlçatmaz ola bilər və ya İstifadəçilərin veb brauzeri, mobil cihazı və/və ya əməliyyat sistemi ilə düzgün işləməyə bilər. Təsisçi bu Xidmətin məzmunu, əməliyyatları və ya istifadəsi nəticəsində yaranan hər hansı iddia edilən və ya faktiki ziyana görə məsuliyyət daşıya bilməz.

Federal qanun, bəzi ştatlar və digər yurisdiksiyalar müəyyən nəzərdə tutulan zəmanətlərin istisna edilməsinə və məhdudlaşdırılmasına icazə vermir. Yuxarıdakı istisnalar İstifadəçilərə şamil olunmaya bilər. Bu Müqavilə İstifadəçilərə xüsusi qanuni hüquqlar verir və İstifadəçilər ştatdan ştata dəyişən başqa hüquqlara da malik ola bilərlər. Bu müqavilə üzrə imtinalar və istisnalar qüvvədə olan qanunla qadağan edilən həddə tətbiq edilmir. 

 

Məsuliyyət məhdudiyyətləri

Mövcud qanunların icazə verdiyi maksimum dərəcədə, heç bir halda Təsisçi və onun törəmə müəssisələri, filialları, vəzifəli şəxsləri, direktorları, agentləri, həmtəsisçiləri, tərəfdaşları, təchizatçıları və işçiləri aşağıdakılara görə məsuliyyət daşımır: 

  • hər hansı dolayı, cəzalandırıcı, təsadüfi, xüsusi nəticəsi,​ o cümlədən məhdudiyyətsiz mənfəət itkisinə görə zərərlər, qudvil, istifadə və ya Xidmətdən istifadə və ya istifadə edə bilməmə ilə bağlı və ya digər qeyri-maddi itkilər. 

  • Xidmətin və ya İstifadəçi hesabının və ya orada olan məlumatların sındırılması, dəyişdirilməsi və ya digər icazəsiz giriş və ya istifadəsi nəticəsində yaranan hər hansı ziyan və ya zərər;

  • hər hansı bir xəta, səhv və ya məzmunun qeyri-dəqiqliyi;

  • İstifadəçinin Xidmətə çıxışı və ya ondan istifadə etməsi nəticəsində fiziki xəsarəti və ya hər hansı xarakterli əmlak ziyanı;

  • Təsisçinin təhlükəsiz serverlərinə və yaxud orada saxlanılan hər hansı və bütün şəxsi məlumatlara icazəsiz giriş və ya onlardan istifadə;

  • Xidmətə və ya Xidmətdən ötürmənin hər hansı kəsilməsi və ya dayandırılması;

  • Xidmətə və ya Xidmət vasitəsilə ötürülə bilən hər hansı səhvlər, viruslar, “troyan atları” və ya oxşar hallar;

  • hər hansı məzmundakı istənilən səhvlər və ya çatışmazlıqlar və ya Xidmət vasitəsilə yerləşdirilən, e-poçtla göndərilən, ötürülən və ya başqa şəkildə təqdim edilən hər hansı məzmunun istifadəsi nəticəsində dəymiş hər hansı itki və ya zərər üçün; 

  • hər hansı bir İstifadəçinin və ya üçüncü tərəfin böhtan, təhqiredici və ya qeyri-qanuni davranışı.

Heç bir halda Təsisçi və onun törəmə müəssisələri, filialları, vəzifəli şəxsləri, direktorları, agentləri, həmtəsisçiləri, tərəfdaşları, təchizatçıları və işçiləri ödənilmiş məbləğdən artıq olan hər hansı iddialar, icraatlar, öhdəliklər, zərərlər, itkilər və ya əvvəlki 12 ay üçün və ya Təsisçi ilə İstifadəçi arasında bu müqavilənin müddəti daha qısadırsa bu Müqaviləyə əsasən İstifadəçi tərəfindən Təsisçiyə ödənilmiş xərclərə görə məsuliyyət daşımırlar. 

Bu məsuliyyətin məhdudlaşdırılması bölməsi, iddia edilən öhdəliyin müqaviləyə, hüquq pozuntusuna, səhlənkarlığa, ciddi məsuliyyətə və ya hər hansı digər əsasa söykənməsindən asılı olmayaraq, hətta İstifadəçiyə belə zərərin mümkünlüyü barədə məlumat verilmiş olsa belə müvafiq yurisdiksiyada qanunla icazə verilən maksimum dərəcədə tətbiq edilir. Bəzi yurisdiksiyalar təsadüfi və ya dolayı zərərlərin istisna edilməsinə və ya məhdudlaşdırılmasına icazə vermir, buna görə də yuxarıda göstərilən məhdudiyyətlər və ya istisnalar İstifadəçiyə şamil edilə bilməz. Şərtlər İstifadəçiyə xüsusi qanuni hüquqlar verir və İstifadəçi yurisdiksiyadan yurisdiksiyaya görə dəyişən digər hüquqlara da malik ola bilər. Şərtlərə görə məsuliyyətdən imtina, istisnalar və məhdudiyyətlər qüvvədə olan qanunla qadağan edilən həddə tətbiq edilmir.

 

Təzminat

İstifadəçi, Təsisçini və onun törəmə şirkətləri, filialları, vəzifəli şəxsləri, direktorları, agentləri, həmtəsisçiləri, tərəfdaşları, təchizatçıları və işçiləri hər hansı iddia və ya tələblərdən, zərərlərdən, öhdəliklərdən, itkilərdən, xərclərdən və ya borclardan müdafiə etməyə, kompensasiya etməyə razılaşır, o cümlədən, bununla məhdudlaşmayaraq, hüquqi haqlar və xərclər aşağıdakılardan qaynaqlanır:

 

  • İstifadəçi tərəfindən ötürülən və ya qəbul edilən istənilən data və ya məzmun da daxil olmaqla, İstifadəçinin Xidmətdən istifadəsi və ona girişi;

  • İstifadəçinin bu şərtləri, o cümlədən, bununla məhdudlaşmayaraq, bu şərtlərdə göstərilən hər hansı sözdələşmə və zəmanətləri pozması;

  • İstifadəçinin hər hansı üçüncü tərəf hüquqlarının, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, hər hansı məxfilik və ya əqli mülkiyyət hüquqlarının pozulması;

  • İstifadəçinin hər hansı qanun, qayda və ya tənzimləməni pozması;

  • İstifadəçinin hesabından təqdim edilən hər hansı məzmun, o cümlədən istifadəçinin unikal istifadəçi adı, parolu və ya digər təhlükəsizlik tədbiri ilə üçüncü tərəfə giriş, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, aldadıcı, yanlış və ya qeyri-dəqiq məlumatlar;

  • İstifadəçinin qəsdən pis davranışı; və ya

  • İstifadəçi və ya onun filialları, məmurlar, direktorlar, agentlər, ko-brendlər, tərəfdaşlar, təchizatçılar və işçilər tərəfindən qüvvədə olan qanunla icazə verilən dərəcədə qanuni müddəa.

 

Ümumi müddəalar

Öz hüququndan imtina

Təsisçinin bu şərtlər altında hər hansı hüquq və ya təzminat irəli sürməməsi, hər hansı hüquq və ya təzminatdan imtina etməsi anlamına gəlmir. Heç bir imtina bu vəziyyətdə və ya istənilən başqa vəziyyətdə gələcəkdə və ya davamlı olacaq mənasını vermir. 

 

Xidmətin kəsilməsi

Mümkün ən yaxşı xidmət səviyyəsini təmin etmək üçün Təsisçi istifadəçiləri müvafiq olaraq məlumatlandıraraq, texniki xidmət, sistem yeniləmələri və digər dəyişikliklərlə bağlı xidməti dayandırmaq hüququnu özündə saxlayır. Qanuni çərçivədə Təsisçi xidmətdə fasilə vermək və ya tamamilə dayandırmaq qərarı verə bilər. Əgər xidmət dayandırılarsa, Təsisçi istifadəçilərə şəxsi məlumat və informasiyalarını geri götürmək imkanı yaratmaq üçün onlarla əməkdaşlıq edəcək və istifadəçilərin müvafiq qanunvericiliklə məhsulu davamlı istifadə etməsi və ya qanunda nəzərdə tutulduğu kimi kompensasiya almaq hüququna hörmətlə yanaşacaq. Əlavə olaraq, Xidmət Təsisçidən asılı olmayan, fors major səbəblərdən (infrastrukturun nasazlığı, elektrik kəsilmələri və s.) əlçatan olmaya bilər. 

Bu Tətbiqin və onun Xidmətinin hər hansı hissəsini Təsisçinin birbaşa və ya qanuni yolla satış proqramı vasitəsilə verdiyi yazılı icazəsi olmadan İstifadəçilər yenidən yarada, dublikat edə, kopyalaya, sata, təkrar satış edə və ya istismar edə bilməzlər.

 

Məxfilik Siyasəti

Şəxsi məlumatlarının istifadəsi haqqında daha çox öyrənmək üçün İstifadəçilər bu Tətbiqin məxfilik siyasətinə müraciət edə bilərlər.

 

Əqli mülkiyyət hüquqları

Bu Şərtlərin daha spesifik müddəalarına xələl gətirmədən, müəllif hüquqları, ticarət nişanı hüquqları, patent hüquqları və bu Tətbiqlə bağlı dizayn hüquqları kimi hər hansı əqli mülkiyyət hüquqları Təsisçinin və ya lisenziyalaşdıran qurumun müstəsna mülkiyyətidir və əqli mülkiyyətlə bağlı qüvvədə olan qanunlar və ya beynəlxalq müqavilələr tərəfindən qorunur. 

Bütün ticarət nişanları - nominal və ya məcazi - və bu Tətbiqlə əlaqədar görünən bütün digər markalar, ticarət adları, xidmət markaları, söz nişanları, illüstrasiyalar, şəkillər və ya loqolar Təsisçinin və ya lisenziyalaşdıran qurumun müstəsna mülkiyyətidir və əqli mülkiyyətlə bağlı qüvvədə olan qanunlar və ya beynəlxalq müqavilələr tərəfindən mühafizə obyektidir. 

 

Şərtlərdə dəyişikliklər

Təsisçi istənilən vaxt bu Şərtlərə əlavələr etmək və ya dəyişdirmək hüququnu özündə saxlayır. Belə hallarda, Təsisçi bu dəyişikliklər barədə İstifadəçini müvafiq qaydada məlumatlandıracaqdır.

Bu cür dəyişikliklər yalnız İstifadəçilərə bildirilən tarixdən etibarən İstifadəçi ilə münasibətlərdə hüquqi qüvvəyə malikdir. 

 

Xidmətdən istifadəyə davam etməsi İstifadəçinin yenidən işlənmiş Şərtləri qəbul etdiyini ifadə edəcək. İstifadəçilər dəyişikliklərlə razılaşmaq istəmirlərsə, Xidmətdən istifadəni dayandıraraq Müqaviləni ləğv edə bilərlər.

Tətbiq olunan əvvəlki versiya İstifadəçinin həmin dövr üçün münasibətlərinə şamil ediləcək. İstifadəçi hər hansı əvvəlki versiyanı Təsisçidən əldə edə bilər.

Qanuni olaraq tələb olunarsa, Təsisçi yenilənmiş Şərtlərin nə vaxt qüvvəyə minəcəyi barədə İstifadəçiləri əvvəlcədən xəbərdar edəcək.

 

Müqavilənin təyinatı 

Təsisçi İstifadəçinin qanuni maraqlarını qorumaqla mövcud Şərtlərə uyğun olaraq istənilən və ya bütün hüquqlarını və ya məsuliyyətini subpodratçıya ötürmək, təhvil vermək, sərəncam vermək hüququnu özündə saxlayır. Bu Şərtlərin dəyişdirilməsi ilə bağlı müddəalar müvafiq olaraq tətbiq ediləcək.

İstifadəçilər Təsisçinin yazılı icazəsi olmadan bu Şərtlər üzrə hüquq və ya öhdəliklərini heç bir şəkildə başqasına verə və ya ötürə bilməzlər.

 

Əlaqələr

Bu Tətbiqin istifadəsi ilə bağlı bütün kommunikasiyalar bu sənəddə göstərilən əlaqə məlumatlarından istifadə etməklə həyata keçirilir.

 

Müqavilənin hissələrə bölünməsi

Bu Şərtlərin hər hansı müddəası qüvvədə olan qanunvericiliyə uyğun olaraq etibarsız və ya icraedilməz hesab edilərsə belə müddəanın etibarsızlığı və ya tətbiq edilməməsi qalan müddəaların etibarlılığına təsir göstərmir və onlar tam qüvvəsində qalır. 

 

ABŞ İstifadəçiləri

Hər hansı belə etibarsız və ya icrası mümkün olmayan müddəa onu etibarlı, icra edilə bilən və ilkin niyyətinə uyğunlaşdırmaq üçün rassional şəkildə təfsir olunacaq, düzəldiləcək və yenilənəcəkdir. Bu Şərtlər İstifadəçi və Təsisçi arasında bu sənədin mövzusu ilə bağlı Müqavilədə tam əhatə olunur və bununla bağlı tərəflər arasında bütün əvvəlki razılaşmalar da daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, bütün digər kommunikasiyaları əvəz edir. Bu Şərtlər qanunla icazə verilən maksimum həddə tətbiq olunur.

 

Aİ İstifadəçiləri

Bu Şərtlərin hər hansı müddəası etibarsız və ya icraedilməz olarsa tərəflər dostluqla etibarlı və icra edilə bilən müddəalar haqqında razılaşma yolları tapmaq üçün əllərindən gələni edəcəklər və bununla da etibarsız və ya icra oluna bilməyən hissələri əvəzləcəklər.

Bu edilmədikdə, qüvvədən düşmüş, etibarsız və ya icrası mümkün olmayan müddəalar, əgər buna icazə verilirsə və ya qüvvədə olan qanunvericilikdə göstərilibsə, qüvvədə olan qanunla müəyyən edilmiş müddəalarla əvəz edilir.

 

Yuxarıda göstərilənlərə xələl gətirmədən,

ayrı-ayrı müddəalar Saziş üçün mühüm əhəmiyyət kəsb etdikdə və ya tərəflər üçün müqavilə bağlaya bilməyəcək qədər əhəmiyyəti olduqda və ya qalan müddəaların hər iki tərəf üçün qəbuledilməz çətinliklərə səbəb olacağı hallar istisna olunmaqla, bu Şərtlərin müəyyən bir müddəasının qüvvədən düşməsi, etibarsızlığı və ya tətbiq oluna bilməməsi bütövlükdə Müqaviləni ləğv etməyəcəkdir. 

 

Tənzimləmə hüququ

Bu Şərtlər, qanunların ziddiyyəti prinsiplərindən asılı olmayaraq, bu sənədin müvafiq bölməsində açıqlandığı kimi, Təsisçinin yerləşdiyi yerin qanunvericiliyi ilə tənzimlənir.

 

Milli qanunvericiliyin üstünlüyü

Bununla belə, yuxarıda göstərilənlərdən asılı olmayaraq, əgər İstifadəçinin yerləşdiyi ölkənin qanunu daha yüksək istehlakçı hüquqlarının müdafiəsi standartlarını nəzərdə tutursa, belə yüksək standartlar üstünlük təşkil edir.

 

Braziliyadakı İstehlakçılar üçün İstisna

Əgər İstifadəçi Braziliyada İstehlakçı kimi təsnif edilirsə və məhsul və ya xidmət Braziliyada kommersiyalaşdırılıbsa, Braziliya qanunu tətbiq olunacaq.

 

Yurisdiksiyanın yeri

Bu Şərtlərdən irəli gələn və ya bu Şərtlərlə əlaqəli hər hansı mübahisəni həll etmək üçün müstəsna səlahiyyət bu sənədin müvafiq bölməsində göstərildiyi kimi, Təsisçinin yerləşdiyi ölkənin məhkəmələrinə aiddir.

 

Avropadakı İstehlakçılar üçün İstisna

Yuxarıda göstərilənlər Avropalı İstehlakçılar kimi təsnif edilən hər hansı İstifadəçilərə, nə Birləşmiş Krallıq, İsveçrə, Norveç və ya İslandiyada yerləşən İstehlakçılara şamil edilmir.

Braziliyadakı İstehlakçılar üçün İstisna

Braziliyada İstehlakçı kimi təsnif edilən İstifadəçilərə şamil edilmir.

 

Təriflər və hüquqi istinadlar

 

Bu Tətbiq (və ya bu Tətbiq)

Xidmətin göstərilməsinə imkan verən əmlak.

Razılaşma

Təsisçi və İstifadəçi arasında bu Şərtlərlə tənzimlənən hər hansı hüquqi məsuliyyət və ya razılaşdırılmış münasibətləridir.

Braziliyalı (və ya Braziliya)

İstifadəçinin milliyətindən asılı olmayaraq Braziliyada olduğu yerlərdə tətbiq edilir.

Biznes İstifadəçi

İstehlakçı kimi uyğun gəlməyən hər hansı bir İstifadəçi.

Avropalı (və ya Avropa)

Vətəndaşlığından asılı olmayaraq İstifadəçinin Aİ-də olduğu yerlərdə tətbiq edilir.

Təsisçi (və ya Biz)

Bu Tətbiqi və/və ya Xidməti İstifadəçilərə təqdim edən fiziki (şəxsləri) və ya hüquqi şəxsi göstərir.

Xidmət

Bu Şərtlərdə və bu Tətbiqdə təsvir olunduğu kimi bu Tətbiq tərəfindən təmin edilən xidmət.

Şərtlər

Bu Tətbiqin və ya Xidmətin bu sənəddə təsvir olunduğu kimi istifadəsinə aid olan bütün müddəalar, o cümlədən vaxtaşırı yenilənən hər hansı digər əlaqəli sənədlər və ya müqavilələr.

İstifadəçi (və ya Siz)

Bu Tətbiqdən istifadə edən hər hansı fiziki və ya hüquqi şəxsi göstərir.

İstehlakçı

İstehlakçı qüvvədə olan qanunvericiliklə uyğunluq təşkil edən istənilən İstifadəçidir.